Məşhur şəxsdən Aygün Bəylərlə bağlı GÖZLƏNİLMƏZ SÖZLƏR: "Aygünü musiqiyə nahaq gətirdim" / VİDEO

11.01.2024 14:50
419
659fce0723c9f202401241623

“Biz ən böyük sənətçilərimizdən birini itirdik. Bizi çox tez tərk etdi”.

Bu sözləri Əməkdar artist Aygün Bəylərlə vida mərasimində Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.

O, Aygün Bəylərlə bağlı xatirələrini dilə gətirib:

“Aygünün ilk addımlarından yanında olmuşam. Hərdən düşünürəm ki, onun xəstəliyi yaşadığı həyatdan olubsa, bəlkə, onu musiqiyə nahaq gətirdim. İnsanın başına min cür fikirlər gəlir. Ona da, bizə də çox heyif oldu. Bizim onunla çox böyük layihələrimiz var idi. Bir qismini həyata keçirmişdik, bir qismini yox”.  

Daha ətraflı video-materialda: