Məşhur çexiyalı rejissor İrji Mentsel vəfat edib.
AZSABAH.COM xarici mediaya istinadla xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı Olqa Mentselova məlumat verib.
O bildirib ki, 83 yaşlı kinematoqraf şənbə günü ailəsinin yanında dünyasını dəyişib.
Qeyd edək ki, İ.Mentsel 2017-ci ilin noyabrında xəstəxanaya yerləşdirilib. Buna səbəb onda aşkarlanan meninqokokkal infeksiya olub. O, ağır beyin əməliyyatı keçirib və bir müddət süni komada qalıb. Rejissorun reabilitasiyası, demək olar, 1 il çəkib. İ.Mentsel xəstəxanadan buraxılandan sonra əlil arabasında hərəkət edib.
Mentselin “Qatarlar ciddi müşahidə altındadır” filmi 1968-ci ildə xarici dildə çəkilmiş ən yaxşı film olaraq “Oskar” mükafatına layiq görülüb.