Tuğba Ekincinin qatıldığı canlı yayımda "Qadınlar harda və necə geyinəcəklərini bilmədiklərindən belə şeylər olur. Qadın quyruğunu bulamasa, kişi də heç nə etməz" deməsi izləyənləri hiddətləndirib.
AZSABAH.COM Milli.Az-a istinadən bildirir ki,paylaşımları və danışıqları ilə hər zaman gündəmdə olan Tuğba Ekinci qatıldığı "2-ci Səhifə" proqramında həmcinslərini hədəf alıb.
Qadınların geyinməyi bilmədiklərini deyən Ekinci "Qadın quyruğunu bulamasa, kişi heç nə etməz" deyib. Dediyi sözlərə görə sosial şəbəkədə gündəmə gələn Ekinci tənqid atəşinə tutulub.
AZSABAH.COM