Məşhur müğənni yol qəzasında öldü - FOTO

07.06.2022 18:33
64
photo_13035567

Rusiyada “Radio Tapok” təxəllüsü ilə məşhur olan müğənni Oleq Abramov Moskva yaxınlığında avtomobil qəzasına düşərək həlak olub.

AZSABAH.COM xəbər verir ki, ilkin məlumata görə, qəza Pyatnitskoye şosesində, Brexovo kəndi yaxınlığında baş verib.

Müğənninin olduğu “Porsche” avtomobili sürətlə yol kənarındakı çökəyə düşüb və dərhal alovlanıb.

Hadisə nəticəsində avtomobili idarə edən sürücü də həyatını itirib.


Mənbə: İzvestiya

Loading...