Məşhur müğənni vəfat etdi - FOTO

24.09.2020 11:17
2606

Fransız müğənni Jülyett Qreko 94 yaşında vəfat edib.

AZSABAH.COM-un  “Arqumentı i faktı” qəzetinin saytına istinadən verdiyi xəbərə görə, aktrisa Fransanın cənubundakı Ramatüel şəhərində, yaxınlarının yanında dünyasını dəyişib.

O, İkinci Dünya müharibəsi vaxtı Fransa müqavimət hərəkatına qoşularaq həbs edilib. Müğənni müharibədən sonra Fransanın ən parlaq ulduzlarından birinə çevrilib.

O, “Tom dayının daxması”, “Orfey”, “Generalların gecəsi” kimi filmlərdə çəkilib. Aktrisa Jan Kokto, İnqrid Berman, Orson Uels kimi rejissorlarla əməkdaşlıq edib.

Həmişə qara geyinən aktrisa Alber Kamü və Jan-Pol Sart kimi yazıçı-filosoflarların da ilham mənbəyinə çevrilib.

Jülyett Qreko 89 yaşına qədər səhnəyə çıxıb.


(Apa)

Loading...

close
close