Məşhur milyarder təyyarəsini satışa çıxardı - ŞOK MƏBLƏĞ

14.12.2023 18:47
445
657b159647816202312234750
Türkiyənin aparıcı iş adamlarından olan Rahmi Koç 2017-ci ildə 58 milyon dollara aldığı "Falcon" model təyyarəsini 42 milyon dollara satışa çıxarıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, sözügedən təyyarə Fransanın dünyaca məşhur "Dassult" şirkəti tərəfindən istehsal edilib.

Qeyd olunub ki, 14 yerlik üç mühərrikli "Falcon 8X" təyyarəsinin uzunluğu 24,46, qanadlarının uzunluğu isə 26,90 metrdir.

Məlumata görə, "Koç" ailəsi 2017-ci ildə aldığı təyyarə ilə ümumilikdə 3380 saat uçub. Rahmi Koç təyyarəsini 6 il istifadə etdikdən sonra 42 milyon dollara satışa çıxarıb.

“Koç Holdinq”inə məxsus təyyarələr:

14 oturacaqlı "Falcon 7X",

1 ədəd "Falcon 900LX",

Hər biri 9 sərnişin tutumlu 2 ədəd "AgustaWestland 139" tipli helikopter,

8 sərnişin daşıya bilən "Cessna Grand Caravan" amfibiya (həm quruda, həm də dənizdə enə və qalxa bilir).

Musavat.com