Məşhur idmançı koronavirusa yoluxdu - FOTO

23.06.2020 18:28
235

Dünyanın bir nömrəli tennisçisi hesab olunan serbiyalı Novak Cokoviç koronavirusa yoluxub.

AZSABAH.COM xəbər verir ki, idmançının verdiyi test nəticəsi pozitiv çıxıb.

N.Cokoviç testin nəticəsini “Adria Tour” turnirindən sonra öyrənib.

Bu turnirdə iştirak edən bir sıra tennisçi virusa yoluxsa da, serbiyalı ulduz testi keçməkdən imtina edirdi.

Tennisçinin səhhəti barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, hazırda N.Cokoviç dünya reytinqinə başçılıq edir.


Loading...

close
close