Məşhur geoloqdan zəlzələ ilə bağlı XƏBƏRDARLIQ - Bu şəhərlərdə risk YÜKSƏKDİR

14.12.2023 00:23
477
657a140735b52202312232855

Geologiya mühəndisi Fahri Çelik zəlzələ zamanı Türkiyənin ən təhlükəsiz və təhlükəli şəhərlərini açıqlayıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, xüsusilə bir şəhər haqqında xəbərdarlıq edib.F.Çelik Qara dəniz sahilindəki şəhərlərin təhlükəsiz olduğunu bildirib.

Onun sözlərinə görə, Gümüşhanə Türkiyənin ən təhlükəsiz şəhərləri arasında birinci, Trabzon ikinci, Rizə üçüncü, Zonguldak isə dördüncüdür.

Alim İstanbulun altıncı yerdə olduğunu bildirib:

“Bu, Qara dəniz sərhədi boyunca belə davam edir. Dağları və təpələri olduğu üçün İstanbulu təhlükəsiz hesab edirəm. Bodrum və Antalya vilayətlərimiz də güclüdür. Sadaladığım şəhərlərdə dağlar olduğu üçün zəlzələ baş verəndə qısa müddət davam edir”.

Fahri Çelik Hakkarini zəlzələ ehtimalının ən yüksək olduğu vilayət hesab edir:

“Hakkaridə zəlzələ riski yüksəkdir. Amma zəlzələ olsa belə oradakı vətəndaşlar qorxmasın. Çünki Hakkarinin ətrafı dağlardır, böyük dağıntı olmayacaq”. Musavat.com