Məşhur azərbaycanlı idmançı toyuna bir neçə gün qalmış ÖZÜNÜ ÖLDÜRDÜ - ŞOK SƏBƏB

21.07.2022 12:23
390
photo_49000108

Bakıda intihar edən Yolçu Zeynalovun Azərbaycanın boks üzrə yığma komandasının keçmiş üzvü olması müəyyənləşib.

AZSABAH.COM xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Y.Zeynalov iki həftə əvvəl məişət zəminində mübahisədən sonra özünü asıb. Həmin vaxt o, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bu yaxınlarda Y.Zeynalovun toyu olmalı imiş.

Qeyd edək ki, Yolçu Zeynalov 75 kq çəki dərəcəsində mübarizə aparıb.