Məşhur alimdən koronavirusla bağlı dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA - Bildiklərimiz YANLIŞ İMİŞ

29.05.2020 00:45
888

Çindən yayılmağa başlayan və dünyanı gərginlikdə saxlayan koronavirusla bağlı türk professor Canan Karatay maraqlı təklif səsləndirib.

AzSABAH.COM-un xəbərinə görə, o bildirib ki, sözügedən virusun digərilərindən fərqi yoxdur və adi qrip infeksiyasıdır, onunla mübarizənin ən yaxşı yolu immunitet sistemini gücləndirməkdir.

Karatay virusdan qorunmağın yolunu bu şəkildə açıqlayıb: "Ev qatığı, ev sirkəsi, kristal qaya duzu, bol miqdarda kələm turşusu, kələm, brokoli, gül kələm və turp yeyərsinizsə, immunitetiniz güclənəcək və qrip infeksiyasına yoluxmazsınız. Çünki biz onsuz da əsrlər boyudur bədənimizdə viruslarla yaşayırıq".

"Texnologiya bu qədər inkişaf etsə də, viruslarla bağlı problemi həll edə bilməmişik", - deyə professor qeyd edib.

O, sözlərinə belə yekunlaşdırıb:
"Hər il, hər fəsildə, rənglərini, formalarını dəyişirirlər. Unutmayın ki, texnologiya bu qədər inkişaf etsə də, hələ də virusları idarə edə bilmirik. Qidalanmağınıza fikir verin. Paketlənmiş, yəni hazır qidalardan uzaq durun. Turp yesəniz, turp kimi olacaqsınız, fısdıq yesəniz, fısdıq kimi olacaqsınız".

Loading...

close
close