Məscidin həyətində dəhşət - Namaz qıldıqdan sonra dostunu BIÇAQLAYARAQ ÖLDÜRDÜ

12.02.2024 08:23
412
65c99d50c8529202402242344



Türkiyənin Manisa vilayətində dəhşətli qətl hadisəsi baş verib.


Azsabah.com xəbər verir ki, məscidin həyətində 35 yaşlı dostu İbrahim G. tərəfindən bıçaqlanan Feyzullah Dəmir həyatını itirib.


Ətraflı


Bir müddətdir psixoloji problemləri olduğu üçün müalicə aldığı bildirilən İbrahim G.-ni polis saxlayıb.


Marketoloq işləyən Feyzullah Dəmir rayonda bərbər işləyən dostu İbrahim G. ilə sübh namazı üçün Çarşı Mərkəz məscidinə gəlib. Namazdan sonra iki dost yenidən məscidin həyətində görüşüblər. Bu sırada İbrahim G. naməlum səbəbdən yanındakı bıçaqla dostu Feyzullah Dəmirə hücum edib. Bədəninin müxtəlif yerlərindən yaralanan Feyzullah Dəmir qanlar içində yerə yıxılıb.


Hadisə yerinə təcili yardım və polis gəlib. Təcili yardımın ilk müdaxiləsindən sonra Saruhanlı Dövlət Xəstəxanasına aparılan Feyzullah Dəmiri həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb. Hadisədən sonra polis bir müddətdir psixoloji problemləri olduğu üçün müalicə aldığı öyrənilən İbrahim G.-ni saxlayıb.