Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının qəfil ölməsinin səbəbi MƏLUM OLDU

28.02.2021 11:56
4758

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevin qızı Dilay Musayevanın ölüm səbəbi məlum olub.

AZSABAH.COM xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat verib.

Bildirilib ki, Türkiyədə yaşayan 20 yaşlı D.Musayeva beyin qansızmasından dünyasını dəyişib.

Həmçinin qeyd olunub ki, D.Musayevanın cənazəsi Azərbaycana gətirilib və bu gün Bakıda dəfn olunacaq.

Loading...