Mərkəzi Bank devalvasiyaya hazırlaşır - Qubad İbadoğlundan ŞOK ŞƏRH

25.06.2020 09:37
429

Mərkəzi Bankın əhali tərəfindən xarici valyutanın alınması qaydalarını sərtləşdirmək qərarı devalvasiyaya hazırlıq getdiyini açıq şəkildə nümayiş etdirir.

AZSABAH.COM xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu belə hesab edir.

"Eyni zamanda, Mərkəzi Bank pandemiyadan sonrakı dövrdə valyuta axınının qarşısını alır. Bu qərar xarici sərmayələrin cəlb olunmasının qarşısını alacaq və gözlənilən kapital və əmlak amnistiyasına müdaxilə edəcək. Təbii ki, Mərkəzi Bank qərarı ilə qara bazara kömək edir. Əsas məqsəd banklarının hüdudlarından kənarda qalan valyutanı müəyyənləşdirmək, onları vergiyə cəlb etmək və valyuta sahiblərinə nəzarət etməkdir. Yenə də burada siyasət iqtisadiyyatdan qabaqdadır", - o bildirib.

Xatırladaq ki, Mərkəzi Bank əhalinin kommersiya banklarında dollar alışı qaydalarını sərtləşdirib.

Mərkəzi Bankın kommersiya banklarına göndərdiyi təlimatlara görə, bu gündən etibarən 500 dollardan çox alış-veriş edənlərdən özləri, valyutanın haradan əldə edildiyi mənbəyi və hara xərclənəcəyi barədə məlumat verilməlidir.

20 min manatdan çox ekvivalenti valyuta alan şəxs Maliyyə Monitorinqi Xidmətinin nəzarəti altına düşəcək. Vətəndaş bu vəsaitlərin mənbələrini göstərən bir sənəd təqdim etməlidir. Əgər mənbəyi göstərə bilmirsə, bu şəxs 14%-lik vergi ödəyiciləri kateqoriyasına  düşür.

Turan

Loading...

close
close