Məntəqə sədri iş başında qəfil VƏFAT ETDİ - FOTO

07.02.2024 17:58
365
Vefat

Mingəçevir şəhərində seçki məntəqəsinin sədri iş başında qəfil vəfat edib.

Azsabah.com Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsi 9 ünvanında yerləşən 33 saylı seçki məntəqəsində baş verib. Məntəqənin sədri, 14 saylı “Aynur” körpələr evi-uşaq bağçasının müdiri Əsgərova Kəmalə Məmməd qızının vəziyyəti qəfil pisləşib.

O, xəstəxananın təcili tibbi yardım şöbəsinə aparılsa da, vəfat edib.

İlkin məlumata görə, 63 yaşlı sədr ürəktutmadan vəfat edib.

Yaxınları bildirib ki, K.Əsgərova bir neçə gün əvvəl səhhəti ilə bağlı həkimə müraciət edibmiş.