Məmmədyarovla Lavrovun Qarabağ müzakirəsi

08.05.2020 21:28
139

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

AzSABAH.COM-un xəbərinə görə, bununla bağlı barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin və xarici siyasətin əlaqələndirilməsinin aktual problemlərini, o cümlədən koronavirus infeksiyası və onun nəticələrinin qarşısının alınması, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıblar. 

Loading...