Məktəblər BU TARİXDƏ AÇILACAQ - Təhsil naziri ELAN ETDİ

04.05.2020 21:57
6228

Türkiyədə koronavirus epidemiyası səbəbindən martın 16-dan bağlı olan məktəblər iyunun 1-də açılacaq.

AzSABAH.COM xəbər verir ki, bununla balı Türkiyənin Təhsil naziri Ziya Səlcuq "CNN Türk"ə açıqlamasında deyib. O bildirib ki, ilk mərhələdə 8-ci və 12-ci sinif şagirdləri dərsə gedəcək və həmin şagirdlər hər hansı imtahana girməyəcək, davamiyyət məcburiyyəti olmayacaq.

İyulun sonuna planlaşdırılan universitetlərə qəbul imtahanlarının vaxtının dəyişib-dəyişməyəcəyi ilə bağlı qərar Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən veriləcək.

Loading...