Mehriban Xanlarovanın ölüm xəbərini YAYDILAR - FOTO

17.12.2023 17:00
729
657ef13f262ec202312230151
Əməkdar artist Mehriban Xanlarova haqqında çıxan iddialarla bağlı açıqlama yayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa onun adından yayılan məlumatları dezinformasiya adlandırıb.

"Məndən bir jurnalist Ramiz Məlikin (Mərhum Xalq artisti - red.) ölümü ilə bağlı zəng edib müsahibə aldı və bu barədə danışdım. İndi baxıram ki, həmin müsahibəmə "sarı jurnalistika"ya xidmət edənlər yutubda fərqli başlıqlar qoyub özlərinə izləyici, baxış sayı toplamaq üçün hər cür şərəfsizliyi göstərirlər. Bu xəbər başlığını kim düzəldib bilmirəm. Ancaq burdan həmin şərəfsizə səslənirəm, ölsün sənin əzizlərin! Onda bilərsən ki, sensasiya yaratmaq məqsədilə yalandan dezinformasiya paylaşmaq nə deməkdir!" deyə, M.Xanlarova əsəbiləşib.