Mehriban Əliyevadan qələbə paylaşımı

04.10.2020 20:00
2852

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

AZSABAH.COM xəbər verir ki, paylaşımda deyilir:

"Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm! Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! #QarabağAzərbaycandır!"

Loading...

close
close