Mebel sexindəki partlayış nəticəsində ölənlərin SAYI ARTDI: 23 nəfər isə… - AÇIQLAMA

20.01.2024 17:45
410
65abcf1daeee9202401244813

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğında ölənlərin sayı artıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Azsabah.com-a verilən məlumata görə, hadisə zamanı xəsarət alan 1996-cı il təvəllüdlü Rüstəmov Adil Aydın oğlu göstərilən tibbi yardımlara baxmayaraq yanvarın 20-də müalicə aldığı xəstəxanada ölüb.

Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10-a çatıb.

Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir.

Qeyd edək ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır./news24.az