Axundovun və Natavanın heykəlinə qarşı böyük TƏRBİYƏSİZLİK EDİLDİ

08.03.2024 21:43
389
65eb4e4e8d372202403244342

"Mirzə Fətəli Axundov və Xurşudbanu Natəvanın heykəllərindən istifadə edərək "Bizon"u reklam etmək əxlaqsızlıq və tərbiyəsizlikdir".

Azsabah.com-un-ın xəbərinə görə, bunu gənc alim Elyar İslamoğlu bildirib

"Sonra da başqa ölkələrdə Natəvanın heykəlinə qarşı hörmətsizliyi qınayırıq. Öncə öz ölkəmizdə dəyərlərimizə hörmət etməyi bacarmalıyıq. Sən öz ölkəndə Xurşudbanu Natəvanın əlinə "Bizon" verib reklam çəkəndə, başqası onun heykəlinə boya da atar, başqa şey də edər. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, bu reklama görə ciddi cəza olmalıdır. Xalqın dəyərlərini marketinqə qurban vermək olmaz", - E.İslamoğlu qeyd edib.