Masallıda yoxa çıxan 17 yaşlı qız GÖRÜN HARADA TAPILDI

02.11.2022 11:40
3294
İtkin

Masallıda itkin düşən 17 yaşlı qız tapılıb.

AZSABAH.COM APA-ya istinadla xəbər verir ki, oktyabrın 25-də işlədiyi gözəllik salonundan çıxaraq itkin düşən 2005-ci il təvəllüdlü Yeganə Hacıyeva polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində müəyyən edilərək tapılıb.

17 yaşlı qız ailəsinə təhvil verilib.