"Manatın məzənnəsi ilə bağlı qərar veriləcək" - ŞOK PROQNOZ

06.02.2024 18:42
2356
Manat dollar

"İndiki dövrdə məzənnə ilə bağlı Azərbaycan hökumətinin və Mərkəzi Bankın hansısa bir qərar verəcəyini düşünmürəm". 

Azsabah.com xəbər verir ki, bu fikirləri news24.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı vurğulayıb ki, ölkəmizdə məzənnə inzibati qaydada tənzimlənir:

"Ona görə də, hansısa bir formada inzibati qərarın olması indiki zamanda mümkün deyil. Çünki bu il ard-arda seçkilər keçiriləcək. Həmçinin, iqtisadiyyatda elə bir vəziyyət yaranmayıb ki, devalivasiyaya getmək üçün bir səbəb olsun.  Amma bu, o demək deyil ki, məzənnə daim sabit qalacaq. Bu il olmasa da, gələn il və ya gələn ilin sonu hökumət buna bənzər bir qərar verə bilər. Yəni, hökumət devalivasiyaya gedə bilər və ya manatın məzənnəsi ilə bağlı qərar verə bilər".