Manaf Ağayevin bahalı avtomobili cərimə meydançasına salındı - FOTO/VİDEO

20.02.2022 15:02
738
photo_49690001

İşğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etdiyinə görə 15 sutka inzibati qaydada həbs edilən müğənni Manaf Ağayevin “Mercedes Maybach” markalı avtomobilinin hərəkətinə məhdudiyyət qoyulub.

AZSABAH.COM bildirir ki, yerli KİV-lər xəbər verir ki, hazırda müğənninin maşını paytaxtın Xətai rayonunda yerləşən cərimə meydançasında saxlanılır. Avtomobili göstərən video da yayılıb.

(Unikal.org)