Mahsun Azərbaycanın bu şəhərini kürd eli adlandırması etiraza SƏBƏB OLDU - VİDEO

05.02.2024 15:10
439
Mahsun kirmizigul

Türkiyənin tanınmış müğənnisi, kürd əsilli Mahsun Qırmızıgül əzəli türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub.

Azsabah.com Kult.az-a istinadən xəbər verir ki, Mahsun Qırmızıgül “Urmiya və əziz gəlinim 2024” adlı video-çarxını kürd dilində yayımlayıb.

O, oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmunu kürd şəhəri adlandırıb.

O öz mahnısında “Urmiya mənim ölkəmdir” (Urmiye velate men) ifadəsini də işlədib.

Qeyd edək ki, mahnı Güneydə kəskin etiraz doğurub.