Azərbaycan
teleməkanının ən baxımlı, ən reytinqli dini proqramı olan SPACE-də yayımlanan
"İnam" verilişinin növbəti buraxılışında da maraqlı müzakirələr aparılıb.
İdeya
müəllifi və aparıcısı Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal
Əzimbəyli olan verilişdə "İslamda oruc" mövzusu ətrafında maraqlı
fikirlər səsləndirilərək, tamaşaçıların çoxsaylı sualları cavablandırılıb.
AzSABAH.COM-un
informasiya dəstəyi verdiyi proqramın qonaqları ilahiyyatçı İbrahim
Quliyev və
həkim Rəqsanə Cəlilova Doğan olub. Proqramda həm dini, həm də tibbi baxımdan
orucluqla bağlı vacib tövsiyələr verilib.
Proqramda
eyni zamanda "İnam"ın əməkdaşının aprel şəhidi Mahir Mirzəyevin
evindən hazırladığı reportaj da yayımlanıb. Şəhidimizin atası Sabir Mirzəyev
övladı ilə bağlı sirləri açıb. O, Mahir Mirzəyevin İmam Hüseyn, əhli-beyt aşiqi
olduğunu, oruc tutduğunu və namaz qıldığını, dinin bütün tövsiyələrinə əməl
etdiyini bildirib.
"Mahir
Hacı Şahin Həsənlinin imamı olduğu Məşədi Dadaş məscidinə gedirdi. Deyərdim
ki, ailə, məktəb, dövlət tərbiyyəsi başqa, amma Mahir üçün vətən sevgisi,
şəhadət sevgisi məhz Hacı Şahinin yanında - Məşədi Dadaş məscidində yarandı. Onun dinə sevgisi də məhz orada yarandı. Hacı
Şahindən öyrəndi din sevgisini. Odur ki, heç zaman ibadətindən qalmazdı. Mən
Hacı Şahinə, Seyid Camala təşəkkür edirəm, bizi heç zaman unutmurlar", -
deyə S.Mirzəyev bildirib.
Daha
ətraflı aşağıdakı videoda:
Uğur