Azsabah.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Məktəblərdə 4 minə yaxın hərbi rəhbər çalışır. Ötən aylar ərzində yeni işə qəbul olan hərbi rəhbərlərin qiymətləndirilməsi həyata keçirilib. Fevral ayından etibarən onların əməkhaqlarında artım qeydə alınıb”, - deyə o bildirib.