Maaşlarla bağlı əhaliyə BÖYÜK MÜJDƏ: GƏLƏN İL 900 MANAT OLACAQ - Deputat ELAN ETDİ

17.11.2022 16:25
4691
Manat
Deputat Vahid Əhmədov Milli Məclisdəki büdcə müzakirələrində büdcə gəlirləri ilə bağlı fikirlərini bildirdi. 

AZSABAH.COM-un xəbərinə görə, o, qeyd etdi ki, neft-qaz gəlirləri 53 faz, energetika gəlirləri 47 faiz təşkil edir. Deputat digər sahələrin inkişaf etdirilməsi, istehsala diqqət yetirilməsi zərurətindən danışdı.

V.Əhmədov süni qiymət artımı ilə problemdən də bəhs etdi. Bildirdi ki, hazırda antiinflayasiya tədbiqlərinin daha da sərtləşdirilməsinə böyük ehtiyac var. Deputat kənd təsərrüfatı nazirinin iclasda iştirakını nəzərə alaraq kənd təsərrüfatının inkişafı ilə bağlı vacib məsələlərə toxundu: “Yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Mərkəzi Bank arasında saziş imzalansın, kreditlərin əlçatanlığı təmin edilsin, bank faizləri aşağı olsun”. Millət vəkili qeyd etdi ki, əhalinin vəziyyətini nəzərə alıb, regionlarda girov məsələsini həll etmək lazımdır, çünki insanların girov qoymaq imkanı yoxdur.

V.Əhmədov qeyd etdi ki, bu il orta aylıq əmək haqqı 800 manatdır, 2023-cü ildə isə 898 manat olacaq. Amma nəzərə almaq lazımdır ki, bütün insanlar bunu ala bilmir, bir çoxları işləməyən, aşağı maaş, alan, pensiyalarla dolananlardır: “Onların təminatı ilə əlaqədar da bir sıra məsələləri həll etməliyik”.