AZSABAH.COM-un xəbərinə görə, o, qeyd etdi ki, neft-qaz gəlirləri 53 faz, energetika gəlirləri 47 faiz təşkil edir. Deputat digər sahələrin inkişaf etdirilməsi, istehsala diqqət yetirilməsi zərurətindən danışdı.
V.Əhmədov qeyd etdi ki, bu il orta aylıq əmək haqqı 800 manatdır, 2023-cü ildə isə 898 manat olacaq. Amma nəzərə almaq lazımdır ki, bütün insanlar bunu ala bilmir, bir çoxları işləməyən, aşağı maaş, alan, pensiyalarla dolananlardır: “Onların təminatı ilə əlaqədar da bir sıra məsələləri həll etməliyik”.