6731899d5e270202411243541

“Lüt qadın heykəliylə əxlaq pozulmur, siz övladlarınızı...” - FOTO

11 Noyabr 2024
229
“Siz övladlarınızı Tiktokda Baboşların canlı yayımından yığışdırın. Sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edənlərə edin etirazınızı. Siz övladlarınızın telefonuna nəzarət edin ki, porno saytlara girməsinlər”.

Bu sözləri instaqramda müğənni Elvin Mirzəzadə yazıb. O, Heydər Əliyev Mərkəzinin qarşısındakı “Təbiətdə tarazlıq” sərgisini qınayanlara irad bildirib:

“Siz musiqi zövqünüzü düzəldin. Siz haqqınızı yeyənləri boykot edin. Bir dənə lüt qadın heykəliylə əxlaq pozulmaz. Bu, incəsənət əsəridir. Bu tip heykəllər Rəssamlıq Akademiyasında, Memarlıq və İnşaat Universitetində yüzlərlədir. Bu, o demək deyil ki, orada oxuyan tələbələr, dərs verən müəllimlər əxlaqsızdır. Bəsdirin də. Yapışmısınız heykəldən, buraxmırsınız. Görmək istəmirsinizsə baxmayın! Yenə də deyirəm, heykəllə əxlaq pozulmur! Daşdan, dəmirdən ziyan olmaz. Özünüzü və övladlarınızı ətdən olan parazit heykəllərdən qoruyun. Sevgilər”. / Olay.az