“Lüt gəzənlərə heç nə olmur” - Əməkdar artist

11.01.2024 16:49
303
govher

"Lüt gəzənlər də var, özünü apara bilməyənlər də. Amma onlara heç nə olmur. Çünki murdar əski tüstü götürmür. Onlara baxanda Aygün ölməli deyildi".

Azsabah.com "azxeber"ə istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva dava-dalaş içərisində olan şou biznes əhlinə ünvanlayıb.

"Həyatdır, itirə-itirə gedirik. Bu sənətdə olanlar sağ ikən bir-birini qırırlar. Mən bu yaşıma kimi görməmişəm ki, kimsə öləndə onu aparıb zərxaranın içində basdırsınlar. Hamımız bir parça bezdə gedəcəyik, o da qismət olsa. Bir-birinizi qırmayın, mehriban olun, dünya fanidir. Ölümü düşünün, Allahdan qorxun".