Leysan, qar, dolu... Bu tarixdən hava KƏSKİN DƏYİŞİR

20.03.2024 20:04
436
65fb091f1be8a202403240447
Martın 21-i gündüzdən 22-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Bu barədə Azsabah.com-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.


Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.


Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.