Lavrov təcili olaraq XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

14.11.2022 13:23
4492
6372095100ff4202211222433
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyada xəstəxanaya aparılıb.

AZSABAH.COM “Report”a istinadən xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.

Bildirilib ki, o, G20-liyin sammitində iştirak etmək üçün İndoneziyanın Bali adasına səfər edib. Bu zaman səhhətində problem yaranıb. 

İndoneziya hökumətinin səhiyyə üzrə məsulları bildiriblər ki, Rusiya diplomatı Balidə kurortda müalicə olunur.

“Associated Press”in məlumatına görə, həkimlər səlahiyyətləri olmadığı üçün məsələyə dair açıqlama verməkdən çəkinblər. 

Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sergey Lavrovun xəstəxanaya yerləşdirilməsi xəbərini təkzib edib.


Qeyd edək ki, Sergey Lavrov 1950-ci il martın 21-də Moskvada anadan olub. 2004-cü il martın 9-dan Rusiyanın xarici işlər naziridir. 


Xatırladaq ki, G20-liyin sammiti noyabrın 15-də başlayacaq.