Lavrov Bakıdan bütün dünyaya ELAN ETDİ: Minsk qrupu öz fəaliyyətini...

24.06.2022 14:53
329
photo_90768338

Bugünkü danışıqlarda prinsipcə, biz ATƏT-in Minsk qrupunu müzakirə etmədik. Çünki Minsk Qrupu öz fəaliyyətini dayandırıb.

AZSABAH.COMAPA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

O, Minsk qrupunun fəaliyyətini ABŞ və Fransanın təşəbbüsü ilə dayandırdığını qeyd edib: “Lakin biz postmünaqişə nizamlanması prosesini əlbəttə ki, müzakirə etdik. Bu yeni prosesin bazası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üç üçtərəfli bəyanatıdır. 2020-ci ilin sentyabr, oktyabr aylarından sonra münaqişənin nizamlanması ilə bağlı həmin dövrə qədər işlənib hazırlanan sənədlər artıq necə deyərlər arxada qoyduq. Bu, obyektiv reallıqdır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üç bəyanatı hamı tərəfindən yerdə qalan məsələlərin həlli istiqamətində hərəkət etmək üçün əsas kimi tanınır. Ona görə, biz bu mövqedən çıxış edirik. Başa düşdüyüm kimi, bu reallığı bizim avropalı qonşularımız da qəbul edir, hansı ki, Avropa İttifaqının səylərini yerdə qalan tapşırıqların həllinə daxil etməyə çalışır. Lakin onların hamısı qəbul edir ki, bu tapşırıqlar mənim xatırlatdığım üç üçtərəfli sənəddə qeyd olunub, hansı ki, həmin sənədlər heç bir şəkildə Minsk qrupunun fəaliyyəti ilə, yekun məqsəd istisna olmaqla, həmin qrupun indiyə kimi gördüyü işlərlə bağlı deyil. Yekun məqsəd isə Qarabağı əhatə edən rayonların azad olunması və Qarabağın və onun əhalisinin həyat fəaliyyəti məsələlərini həll etmək idi”.

***

Bu gün biz danışıqlarda prinsipcə, ATƏT-in Minsk qrupunu müzakirə etmədik. Çünki Minsk qrupu öz fəaliyyətini dayandırıb.

AZSABAH.COM xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, Minsk qrupu ABŞ və Fransanın təşəbbüsü ilə fəaliyyətini dayandırıb:

“Lakin əlbəttə ki, biz postmünaqişə nizamlanması prosesini müzakirə etdik. Bu prosesin bazası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarıdır. Bu bəyanatlar hamı tərəfindən yerdə qalan məsələlərin həlli istiqamətində hərəkət etmək üçün əsas kimi tanınır”.