“Kürəkənimin maşın qalereyası var, onun puluna nə gəlib ki?“

10.01.2024 22:11
354
659edd5c4571a202401240932

Müğənni Nüşabə Musayeva türkiyəli kürəkəni haqda bir sıra açıqlamalar edib. 

Verilişlərin birində qonaq olan sənətçi qızının türkiyəli həyat yoldaşının kifayət qədər imkanlı olduğunu bildirib: "Dedilər ki, qayınanasının imkanı var, ona görə elə danışır. Oğuzun imkanına nə gəlib ki?! Oğuzun elə maşın qalereyası var ki... Hamısı da şəxsi, özünündür. 4 dənə xarici maşını var ki, onlardan heç Azərbaycanda yoxdur. Sadəcə, mən bunu heç vaxt səsləndirməmişəm. 

Qudalarım da, kürəkənim də mənə hədiyyələr verib. Hətta elçilikdə dedilər ki, sizə "süd parası" verək. Mənsə cavabında bildirdim ki, mənim südümün parasını kimsə ödəyə bilməz. Amma buna baxmayaraq, qudam mənə gözəl qızıl kolye hədiyyə etdi. 

Kürəkənimin də mənə ən bahalı hədiyyəsi qızıl olub. Bilirsiniz ki, Türkiyədəki qızılların əyarı yüksək olur.

Mən də ona ad günündə qızıl təsbeh hədiyyə etmişdim". //Yenisabah.az