Kürdəmirdə dəhşət- 56 yaşlı kişi intihar etdi

30.11.2023 21:45
432
6568cb27d5a56202311234927
Kürdəmirin Comərdli kəndində 56 yaşlı kişi intihar edib.


AZSABAH.COM "Report"un Yuxarı Şirvan bürosunun məlumatına istinadla xəbər verir ki, kənd sakini, 1967-ci il təvəllüdlü İsmiyev Zeynal Rüstəm oğlu özünü yaşadığı evdə kəndirlə asıb.


Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil. Bununla belə, onun 1992-ci ildən əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.


Z.İsmiyevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.


Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.