Küçədə insanları narahat edən yeniyetmənin atası biznesmendir - FOTO

29.01.2024 14:03
571
65b778c443dec202401240700

Son günlər küçədə və ictimai nəqliyyatda insanları narahat edən yeniyetmənin paylaşdığı videolar sosial şəbəkələrin gündəminə çevrilib. "Jalilov" adı ilə "TikTok"da məşhurlaşmış şəxsin öz iştirakı ilə lentə aldığı görüntülər müzakiərələ səbəb olub. Belə ki, küçədə gedən yaşlı qadını qucağına götürərək videosunu paylaşan şəxsin hərəkətləri birmənalı qarşılanmayıb. Daxili İşlər Nazirliyi isə yeniyetmənin hərəkətləri ilə bağlı görüntülərin araşdırıldığını və əlavə tədbirlərin görüləcəyini açıqlayıb.

Azsabah.com xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, "Jalilov" adı ilə "TikTok"da məşhurlaşmış şəxsin atası Nihad Cəlilovun adı bir neçə il əvvəl mətbuatda hallanıb.

Belə ki, biznes fəaliyyəti ilə məşğul olan Nihad Cəlilovun 2022-ci ildə ölkədən çıxışına qadağa qoyulub. Buna səbəb isə onun dövlətə vergi borcunu ödəmədiyi olub. Həmin vaxt Bakı Kommersiya Məhkəməsində Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya baxılıb. Məlum olub ki, onun rəhbəri olduğu “Armada Distrubition” adlı şirkətin dövlətə 6 min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda Nihad Cəlilovun ölkədə çıxışına qadağa qoyulması ilə bağlı qərar verilib.

Hazırda da sözügedən şirkətin vergi borcu mövcuddur. 

Xatırladaq ki, "Jalilov" adı ilə "TikTok"da məşhurlaşmış şəxsin Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir və o, babasının adını daşıyır.