KTMT-nin əməliyyat qrupu Ermənistanda İŞƏ BAŞLADI

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının Əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, qrupa KTMT-yə üzv olan bütün dövlətlərin nümayəndələri daxildir. Bu qrup Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ermənistana göndərilib.

Qeyd edək ki, qrup Ermənistan-Azərbaycan sərhədində vəziyyəti araşdırır.

Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə genişmiqyaslı təxribat törədib. KTMT-nin Birləşmiş Qərargahının Əməliyyat qrupunun Ermənistana səfəri də bu hadisələrlə bağlıdır.