KRİTİK GƏLİŞMƏ: KTMT hərəkətə keçdi - Türkiyə Qarabağa ordu yeridə bilər

14.09.2022 00:11
15477
Rus ordusu

Xəbər verdiyimiz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı iclas keçirib.

KTMT Ermənistana hər hansısa bir dəstək göstərsə, vəziyyət necə dəyişə bilər?

AZSABAH.COM xəbər verir ki, tanınmış hərbi ekspert Alp Arslan İmamqulu Musavat.com-a bildirib ki, Azərbaycan-Ermənistan arasındakı hadisələrə KTMT-nin müdaxiləsi gözlənilmir:

0100a292b70db8c8589a2c70a7f2a209.jpg (30 KB)

"Çünki Azərbaycan başqa bir ölkənin sərhədinə müdaxilə etməyib. Buna görə də başqa ölkələrin və ya təşkilatların hadisəyə birbaşa müdaxiləsi düzgün deyil. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasında qarşılıqlı təhlükəsizliyimizin zamanətini də əhatə edən bir müqavilədir. Yəni hər iki tərəf bir-birinin təhlükəsizliyinə cavabdehdir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan və Ermənistan arasında baş verən hadisələrə qarışsa, bu zaman sözügedən Bəyannaməyə əsasən, Türkiyə də vəziyyətə müdaxilə edəcək. Ancaq mövcud şəraitdə KTMT-nin hadisələrə müdaxiləsi heç bir şəkildə mümkün deyil".