Kriminal aləmdə at oynadan QADINLAR - Biri bakılıdır...- GÖRÜN KİMDİR
40 yaşına qədər Kalina milyonçu oldu, təbii ki, bu pulu Sovetlər İttifaqında istifadə edə bilmədi və onu ABŞ-a aparmağı düşündü. Lakin buna ömür vəfa etmədi. O, xəstəliyindən gec xəbəri oldu. Diaqnoz qoyulanda xərçəng artıq yuxarı mərhələdə idi. Beləliklə, o bu xəstəlikdən dünyasını dəyişib. 40 yaşına qədər Kalina milyonçu oldu, təbii ki, bu pulu Sovetlər İttifaqında istifadə edə bilmədi və onu ABŞ-a aparmağı düşündü. Lakin buna ömür vəfa etmədi. O, xəstəliyindən gec xəbəri oldu. Diaqnoz qoyulanda xərçəng artıq yuxarı mərhələdə idi. Beləliklə, o bu xəstəlikdən dünyasını dəyişib.
Olga von Ştein
Olqa Zeldovna Seqaloviç 1869-cu ildə Sankt-Peterburqda yüksək cəmiyyəti zərgərlik məmulatları ilə təmin edərək varlanan zərgər ailəsində anadan olub. Oğru Olqa, oğru Sonya "Qızıl Əl" in yolu ilə gedirdi. Lakin o, yalnız zənginlərdən deyil, həm də adi vətəndaşlardan oğurluq edirdi.
Bir gün Olqa oğurluq üstündə yaxalandı və ona qarşı cinayət işi açıldı, lakin o, kişi qiyafəsində ABŞ-a qaçmasına kömək edən vəkil sayəsində həbsdən yayına bildi. Lakin oradan da tez vətənə qaytarıldı və məhkum edildi.
Cəzasını çəkib azadlığa çıxandan sonra Olqa Steynin etdiyi ilk iş ərini dəyişmək oldu. O, indi Baronessa fon der Osten-Sacken oldu. Amma yüksək titul qazanması onun əməllərini dəyişmədi. O tarixin əfsanəvi “afyoru” kimi fəaliyyətinə davam etdi. Bu əməllərinə görə, o, 1915-ci ildə yenidən müttəhimlər kürsüsünə çıxdı. Yenidən 5 il həbs cəzası alır. Bu dəfə də bəxti gətirir. Fevral inqilabı ilə əlaqədar vaxtından əvvəl azad edilir.
Olqa 60 yaşında son dələduzluğunu həyata keçirib və həbs olundu. Həbsxanada olarkən o, koloniyanın rəhbərinin başını min cür hiylə ilə qatıb, oradan qaça bilir. Buna görə isə, ona kömək edən sevgilisi öldürülür, özü isə daha 5 il müddətinə həbs edilir. Onun necə ölməsi ilə bağlı dəqiq məlumat