67246c8a95f88202411245210

Kriminal aləmdə "at oynadan" qadınlar – Biri bakılıdır… - FOTO

01 Noyabr 2024
856

Hazırkı qaydalara əsasən, “Qanun oğru” titulunu ancaq kişi ala bilər. Oğruların qanunlarına görə, qanuni oğru subay olmalıdır. Qadın üçün isə bu həyatına heç bir kişini buraxmamaq olardı. Ancaq hər bir qaydada olduğu kimi, burada da bir istisna var idi.

Azsabah.com Lent.az-a istinadən sizə qadın avtoritetləri təqdim edir:

Aqlaya Demidova 1920-ci ildə Moskvada anadan olub. O, oğurluq edərək dolanışığını təmin edən bir yetim olub. Bu həyat tərzi uzun çəkmədi, 15 yaşında tutuldu və həbsxanaya göndərildi. Həbsxanadan çıxandan sonra Aqlaya başa düşdü ki, oğru həyatı adi həyatdan qat-qat maraqlıdır. Tez bir zamanda populyarlıq qazandı və beləliklə kişilərin də ürəyini tez fəth etdi. Demidovaya oğru titulu verildi, lakin onun toplantılarda iştirakına qadağa qoyuldu.

O, titulunu uzun müddət saxlaya bilmədi.

Bir gün o, mülki geyimdə olan bir polis məmurunun cibinə “girdi”. Bunun bədəlini 10 il müddətinə azadlıqdan məhrum edilməklə ödədi. "Zonaya girərək" Aqlaya kim olduğunu və hansı titul sahibi olduğunu daya aydın anladı. Aqlaya, orada oğru dünyasında məsul şəxs kimi tanınan kamera yoldaşı Veranın xoşuna gəlmədi.

Oğru Jiqanaya dəlicəsinə aşiq olan Demidova qaçmaq qərarına gəldi; bunun üçün bir həkimlə münasibət qurdu və onu tibbi sənədlərini saxtalaşdırmağa inandırdı.

Vera bu hiylələrdən xəbər tutdu və qanuni oğrulara məlumat verdi, onlar Aqlaya titulundan məhrum etdilər. Qanuni oğrular onunla bağlı qətl qərarı verdilər. Çünki o, bir anda iki dəyişməz qaydanı pozmuşdu - bir - kişi ilə münasibət qurub, iki – bu kişi həbsxana əməkdaşı olub.

Eşqin gətirdiyi FACİƏ

Vera Aqlayanı öldürmək üçün ona hücum edir. Lakin bu, uğurlu alınmır, çünki Aqlayanın dostu onun müdafiəsinə qalxır. Sonra məhkəməyə aparılarkən Demidova qaça bilir. O, dəlicəsinə aşiq olduğu Sevimli Jiqanasına qaçır. Hansı ki, ölümə getdiyinin fərqində olmur. Aşiqi oğruların çıxardığı hökmü icra edir, onun kürəyindən bıçaqlayır. Bəzi məlumatlara görə, məhz bu hadisələrdən sonra 1956-cı ildə qadınların tacqoymasına qadağa qoyulub.

Bəzi məlumatlara görə, məhz bu hadisələrdən sonra 1956-cı ildə qadınların tacqoymasına qadağa qoyulub.

Kriminal aləmin növbəti məşhur qadın nümayəndəsi Kalina Nikiforova 1945-ci ildə Bakıda anadan olub. 18 yaşında qoca bir zərgərlə evlənir və onların sevgisi nəticəsində Viktor adlı bir oğlu dünyaya gəlir. Həyat yoldaşının sayəsində Kalina çoxlu tanışlıqlar qazandı. Yaponçik kimi tanınan Vyaçeslav İvankov da Kalinanın tanışlarından biri idi. Satıcı işləyərkən Kalina haqqında deyirdilər ki, o hər şeyi sizin üçün tapıb gətirə bilər, amma pulu ilə.

Onun kəskin xasiyyəti, xüsusi fərasəti get-gedə onu daha da populyarlaşdırır, oğru aləmində hörmətini artırırdı. Bir az sonra isə Kalina öz vəzifəsindən istifadə edərək, oğurluq edənlərə zəngin mənzillərlə bağlı məsləhətlər verdi. Bir az keçdikdən sonra isə onu ortaqlarından biri elə ilk dindirilmədə satdı. Qadın 3 il müddətinə həbsxanaya göndərilir. Kamerada o, tez bir zamanda ən nüfuzlu məhbuslardan birinə çevrildi.

Bir az “yatdıqdan” sonra Kalina şərti azadlığa buraxılır. Bu zaman ona ən çox Sovetləri tərk etmək istəyən yəhudilər maraq göstərirdilər. Həmin yəhudilər qeyri-qanuni yolla əldə etdikləri əmlakı necə köçürəcəklərini bilmirdilər. O, sadə bir həll təklif etdi - hər şey onun özündə qalır və sonra xüsusi bir şəxs vasitəsilə İsrailə göndərir. Mühacirlər razılaşdılar, lakin İsrailə gələndə mallarını görmədilər. O, Yaponçiklə də bir neçə “afyorluq” edə bilib. Təbii ki, Kalina kişi olsaydı, oğru adına layiq görülərdi. Ancaq oğlu Viktor "qanuni oğru" titulunu aldı.

Viktor

40 yaşına qədər Kalina milyonçu oldu, təbii ki, bu pulu Sovetlər İttifaqında istifadə edə bilmədi və onu ABŞ-a aparmağı düşündü. Lakin buna ömür vəfa etmədi. O, xəstəliyindən gec xəbəri oldu. Diaqnoz qoyulanda xərçəng artıq yuxarı mərhələdə idi. Beləliklə, o bu xəstəlikdən dünyasını dəyişib.

Olga von Ştein

Olqa Zeldovna Seqaloviç 1869-cu ildə Sankt-Peterburqda yüksək cəmiyyəti zərgərlik məmulatları ilə təmin edərək varlanan zərgər ailəsində anadan olub. Oğru Olqa, oğru Sonya "Qızıl Əl" in yolu ilə gedirdi. Lakin o, yalnız zənginlərdən deyil, həm də adi vətəndaşlardan oğurluq edirdi.

Bir gün Olqa oğurluq üstündə yaxalandı və ona qarşı cinayət işi açıldı, lakin o, kişi qiyafəsində ABŞ-a qaçmasına kömək edən vəkil sayəsində həbsdən yayına bildi. Lakin oradan da tez vətənə qaytarıldı və məhkum edildi.

Cəzasını çəkib azadlığa çıxandan sonra Olqa Steynin etdiyi ilk iş ərini dəyişmək oldu. O, indi Baronessa fon der Osten-Sacken oldu. Amma yüksək titul qazanması onun əməllərini dəyişmədi. O tarixin əfsanəvi “afyoru” kimi fəaliyyətinə davam etdi. Bu əməllərinə görə, o, 1915-ci ildə yenidən müttəhimlər kürsüsünə çıxdı. Yenidən 5 il həbs cəzası alır. Bu dəfə də bəxti gətirir. Fevral inqilabı ilə əlaqədar vaxtından əvvəl azad edilir.

Olqa 60 yaşında son dələduzluğunu həyata keçirib və həbs olundu. Həbsxanada olarkən o, koloniyanın rəhbərinin başını min cür hiylə ilə qatıb, oradan qaça bilir. Buna görə isə, ona kömək edən sevgilisi öldürülür, özü isə daha 5 il müddətinə həbs edilir. Onun necə ölməsi ilə bağlı dəqiq məlumatlar yoxdur.