Krımda Rusiyaya AĞIR ZƏRBƏ

16.08.2022 09:47
2442
Ukrayna
Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib.
AZSABAH.COM
“Report”a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.
Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.
Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.
Hazırda yanğın davam edir.
Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayış olub.