Koronaya yoluxub, vəziyyəti ÇOX PİSDİR, xəstəxanalar götürmür - ANS-in məşhur aparıcısı İMDAD DİLƏYİR

30.06.2020 10:37
1066
ANS telekanalının məşhur aparıcılarından olan Gülnarə Məmmədova koronavirusla bağlı yardım istəyib.

AZSABAH.COM xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə yazıb. Gülnarə Məmmədova koronavirusa yoluxan gəlinlərinin vəziyyətinin ağır olduğunu deyib:

"Xahiş edirəm, yol göstərin. COVID-19 virusuna yoluxan gəlinimiz və qardaşımın qızı neçə gündür evdə müalicə alırlar. Gəlinimizi vəziyyəti çox pisləşdi, xəstəxanalarda yer olmadığı deyilir. Təcili yardım cavab vermir".
 


Loading...

close
close