Koronavirusun daha DƏHŞƏTLİ DALĞASI BAŞLADI - RƏSMƏN ELAN OLUNDU

15.07.2021 12:52
6853

Dünya ölkələri COVID-19 pandemiyasının yeni, üçüncü dalğasının başlanğıcındadır.

AZSABAH.COM trendə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus deyib.

O bildirib ki, hazırda dünyada həm yoluxma, həm də ölüm hallarının yüksək artım tempi qeydə alınır.

Təşkilat rəhbərinin sözlərinə görə, koronavirusdan ölüm halları 10 həftə davam edən azalmadan sonra ilk dəfə artmağa başlayıb.

O əlavə edib ki, yoluxmanın artmasının əsas amillərindən biri koronavirusun "delta plus" ştammının yayılmasıdır. 

Loading...