Koronavirusla bağlı ŞAD XƏBƏR DÜNYAYA ELAN EDİLDİ - İLK

19.05.2020 00:45
655

İnsanlar üzərində ilk dəfə yeni növ koronavirus peyvəndini sınaqdan keçirən ABŞ-ın “Moderna” şirkəti nəticələr barədə məlumat yayıb.

AzSABAH.COM xəbər verir ki, ilk sınaqların uğurlu nəticələr verdiyi bildirilib.

Məlumata görə, peyvənd 8 nəfərə tətbiq edilib. Peyvəndin 3 nəfər üzərində kiçik mənfi təsirləri olsa da, bu narahatedici səviyyədə deyil. Peyvəndin növbəti mərhələsi ilə bağlı testlərin yaxın günlərdə başlayacağı açıqlanıb. Bu məqsədlə yüzlərlə insanın sınaqlara qoşulacağı gözlənilir.

Bu sevindirici xəbərdən sonra Nyu-York birjasında bahalaşma müşahidə olunub. Birjanın qiymətlərində 700 bal artım olub.(Redaktor)

Loading...

close
close