Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusla bağlı qorxunc açıqlama verib.
AZSABAH.COM xəbər verir ki, o, Avropada koronavirusla bağlı vəziyyət yaxşılaşdığını, amma bununla yanaşı dünya miqyasında gündən-günə pisləşdiyini dilə gətirib.
Hazırda dünyada 7 milyon şəxsin bu virusa yoluxduğunu deyən baş direktor sözlərinə belə davam edib:
"Bizdə olan məlumata görə, hazırda demək olar ki, dünyada 7 milyon insan koronavirusa yoluxub, ölənlərin sayı isə 400 mindən çoxdur”.