Koronavirusla bağlı hər kəsi ŞOKA SALACAQ PROQNOZ: 2021-ci ilin yazınadək bitməyəcək və qışda...

24.06.2020 15:50
682

Çinin aparıcı epidemioloqlarından biri olan Çjun Nanşan koronavirusun bitəcəyi tarixlə bağlı proqnozlarını paylaşıb.

AZSABAH.COM “Report”a istinadla xəbər verir ki, bu barədə yerli “Jenmin Jibao” qəzetində yazılıb.

Mütəxəssisin sözlərinə görə, cari ilin qış - 2021-ci ilin yaz aylarınadək pandemiya bitməyəcək. O əlavə edib ki, qışda yoluxma hallarının sayı arta bilər. Bununla belə, akademik vurğulayıb ki, pandemiyanın ikinci genişmiqyaslı dalğasını gözləməyə dəyməz.

Çinli həkim bildirib ki, koronavirusun alovlanmasının qarşısını kəsmək üçün vacib olan məqamda uçuşların dayandırılması, təhsil ocaqlarının bağlanması kimi qısamüddətli sərt tədbirlər görmək gərəkir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,3 milyonu ötüb. Bunların 5 milyondan çoxu sağalıb, 480 mindən çoxu isə ölüb.

Loading...

close
close