Əvvəl gündəlik test sayımız 200-300 arası idi. Həmin o testlərdən
aşkrlanan pozitivlərin sayı haradasa 4,5% civarında idi. Amma bizim indi testlərimizin
sayı qalxıb 5 min civarına. Hansı ki, biz gündəlik 5 min insandan bu
COVİD-19-la bağlı test həyata keçiririk. Amma pozitivlərin aşkarlanması təqribi
1% ətrafında fırlanır.
AzSABAH.COM xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahda brifinqində deyib.
Dövlət Agentliyinin rəsmisi "Bunu demək istərdim ki, testlərin sayı artdıqca da biz müşahidə edirik ki, yoluxma dərəcəsi o qədər də artmayıbdır" bildirib.