Koronavirusa görə ŞOK QADAĞA - İllər sonra ilk dəfə LƏĞV EDİLDİ

22.06.2020 23:57
780

Səudiyyə Ərəbistanı yeni koronavirus pandemiyasına görə cari ildə xarici ölkələrdən gələn zəvvarlar üçün İslamın müqəddəs yerləri Məkkə və Mədinəyə Həcc ziyarətini ləğv edib. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı bildirib.

"Həcc ölkənin ərazisində yaşayan müxtəlif milliyyətlərdən olan zəvvarların olduqca məhdudlaşdırılmış sayının iştirakı ilə olacaq", - deyə krallıq hakimiyyətinin bəyanatında deyilir.

Loading...

close
close