Koronavirusa görə daha bir QADAĞA - Tarixdə İLK DƏFƏ LƏĞV EDİLDİ

25.06.2020 00:31
689

Atletika üzrə nüfuzlu Berlin marafonu ləğv edilib.

AZSABAH.COM-un məlumatına görə, Almaniyadakı yarışın təşkilatçıları koronavirus pandemiyası üzündən bu ilki marafonu keçirməməyə qərar verib.

İştirakçıların sağlamlığı daha üstün tutulduğundan marafon ləğv edilib. 46 ildir təşkil olunan yarış tarixində ilk dəfə keçirilməyəcək.

Qeyd edək ki, Berlin marafonu sentyabrın 26-27-nə planlaşdırılmışdı. Bunadək ABŞ-da keçirilən Boston və Nyu-York marafonları da ləğv olunub.(Apasport.az)

Loading...

close
close