Koronavirus xəstələri ilə meyitlər bir yerdə saxlayırlar - Xəstəxanadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR GƏLİR/VİDEO

08.05.2020 23:59
625

Sosial şəbəkələrdə koronaviruslu xəstələrin ölülərlə bir yerdə saxlanıldığını əks etdirən dəhşətli kadrlar yayılıb. REN TV-nin məlumatına görə, görüntülər Hindistandandır.

AzSABAH.COM xəbər verir ki, videonu Hindistanın Maharaştra ştatından deputat Niteş Reyn özünün “Twitter” hesabında-  yayımlayıb.

“Buna necə yol vermək olardı… Rüsvayçılıqdır!”, - deyə o, statusunda bildirib.

Hospitaldan isə bildiriblər ki, COVID-19-dan ölənlərin qohumları onları xəstəxanadan götürmürlər.

Son məlumatlara görə, Hindistanda 56 516 nəfər koronavirusa yoluxub. İndiyə qədər 1 895 ölüm faktı qeydə alınıb, 16 867 nəfər isə bu xəstəliyə qalib gəlib.

Loading...

close
close